Geri

18 iyul 2013-cü il saat 01:00-dək:

Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşlara məxsus ərazidə 20 ha biçilmiş taxıl sahəsi yanmışdır.Yanğından yaxınlıqdakı  evlər mühafizə olunmuşdur. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Dağbilici kəndində (rayon mərkəzindən 15 km aralı) Bələdiyyəyə məxsus ərzidə 8 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Kalinovka kəndində (rayon mərkəzindən 35 km aralı) Bələdiyyəyə məxsus ərzidə 12 ha sahədə kol-kos və quru ot yanmışdır. Yanğından yaxınlıqdakı otlaq sahələr mühafizə olunmuşdur. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.