Geri

17 iyul 2013-cü il saat 18:30-dək:

Quba rayonu, Cek kəndində (rayon mərkəzindən 20 km aralı) 30 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq  sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Səmədabad kəndiində Bələdiyyəyə məxsus ərzidə 10 ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı 3 ha yonca sahəsi və fermalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Köhnəqışlaq kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi çəkisi 15 ton olan ot tayasının 7 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 iyul 2013-cü il saat 16:30-dək:

Xaçmaz şəhərində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 iyul 2013-cü il saat 16:00-dək:

Göygöl rayonu, Balçılı kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 45 kv.m sahədə və damına yığılmış ümumi çəkisi 10 ton olan ot bağlamasının 5 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Rəhimli kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin qamışdan ibarət  örtüyü yanmışdır. Ev əşyaları yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 iyul 2013-cü il saat 07:50-dək:

Xaçmaz rayonu, Hacıəbdürrəhimoba kəndində vətəndaşa məxsus ərazidə 2,5 ha biçilmiş taxıl sahəsi və 1 ha biçilməmiş arpa sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin 112 Çevik reaksiya idarəsinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonunda Bakı-Quba yolunun 84-cü kilometrliyində "SHACHMAN" və  "KAMAZ" markalı iki yük avtomobili toqquşmuşdur. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Müəyyən olunmuşdur ki, "SHACHMAN" markalı avtomobilin sürücüsü xəsarət almış və avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 04:20-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Siyəzən rayonu, Zarat qəsəbəsində (rayon mərkəzindən 15 km aralı)  Zarat dəmiryol stansiyasının ikimərtəbəli inzibati binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 36 kv.m olan otaqda elektrik cihazları və rabitə avadanlıqları yanmışdır. Otağın qalan hissəsi və dəmiryol stansiyasının binası yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.