Geri

16 iyul 2013-cü il saat 23:00-dək:

Qusar rayonu, Gədəzeyxür kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus 4,5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı avtomobil yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Mürsəlli kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Veysəli kəndində vətəndaşa məxsus umumi sahəsi 176 kv.m olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 40 ton quru ot yanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonu, Burunlu kəndində (rayon mərkəzindən 20 km aralı) bələdiyyəyə məxsus ərazidə 6 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Bala Qusar kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m olan birmərtəbəli "ŞİRİN BALA" uşaq aləmi mağazasının lambirdən ibarət tavanı 96 kv.m sahədə və 45 kv.m sahəyə yığılmış uşaq paltarları yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Arbatan kəndində vətəndaşa məxsus ümumi sahəsi 264 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 180 kv.m sahədə və içərisinə yığılmış 600 kq ot tayası yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Qarayazı kəndində (rayon mərkəzindən 20 km aralı) bələdiyyəyə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Ərazidəki elektrik dirəkləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 oatqlı evin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Veysli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 3 tonu  yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 iyul 2013-cü il saat 20:20-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir su anbarında (“Mingəçevir” sularda xilasetmə məntəqəsinin ərazisində)  batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 19:20-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir su anbarında (“Mingəçevir” sularda xilasetmə məntəqəsindən,təxminən, 800 metr məsafədə, nəzarət olunmayan ərazidə)  batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 19:51-də başa çatmışdır.

Geri

16 iyul 2013-cü il saat 19:30-dək:

Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində)  batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:59-da başa çatmışdır.
Geri

16 iyul 2013-cü il saat 18:55-dək:

Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Zuğulba-3” sularda xilasetmə məntəqəsinin ərazisində)  batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.
Geri

16 iyul 2013-cü il saat 18:15-dək:

Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (nəzarət olunmayan ərazidə)  batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 15:45-də başa çatmışdır.
Geri

16 iyul 2013-cü il saat 16:35-dək:

Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizdə (nəzarət olunmayan ərazidə) 25-30 yaşlarında olan 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal əraziyə cəlb olunmuş və axtarışlara başlamışlar. Əlavə məlumat veriləcək. 

Geri

16 iyul 2013-cü il saat 14:35-dək:

Şabran rayonu, Dağbilici kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus 2 mərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 4 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 163 kv.m olan üçotaqlı mənzilin mətbəxində 16 kv.m sahədə ev əşyaları yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Zopun kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 72 kv.m sahədə və içərisinə yığılmış 4,5 ton ot bağlamasının 2,5 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

16 iyul 2013-cü il saat 13:05-dək:

1991-ci il təvəllüdlü Nadir Adil oğlu İsayevin axtarışları başa çatmışdır. N.İsayevin cəsədi Biləsuvar rayonunun Səmədabad kəndi ərazisindəki suvarma kanalında (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 140 km məsafədə, nəzarət olunmayan ərazidə) tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əmliyyat saat 12:50-də başa çatmışdır. 

Geri

16 iyul 2013-cü il saat 12:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuş, giriş qapısını açmış və vətəndaşın bağlı qapı arxasından xilas edilməsini təmin etmişlər. Əməliyyat saat 10:19-da başa çatmışdır.
Geri

16 iyul 2013-cü il saat 10:10-dək:

Zaqatala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 165 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində bir otağın tavanı 7 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:51–də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 iyul 2013-cü il saat 05:30-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "İNFİNİTİ" marlkalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı kommunikasiyalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:03–də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 iyul 2013-cü il saat 01:40-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonu, Səmədabad kəndində suvarma kanalında (nəzarət olunmayan ərazidə) 1 nəfər batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlanmışdır. Əlavə məlumat veriləcək.

Geri

16 iyul 2013-cü il saat 01:30-dək:

Ağsu şəhərində vətəndaşa məxsus ümumi sahəsi 92 kv.m olan 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və evə bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərsinə yığılmış 600 kq ot bağlaması yanmışdır. Evin qalan hissəsi və yaxınlqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:12 –də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda yol kənarında 5 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı tikililər yanğından  mühafizə olunmuşdur. Yanğın saat 18:12–də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, İkinci Səmidxan kəndində (rayon mərkəzindən 13 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:30 –da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Qaradağ Buduq kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus "QAZEL" markalı yük avtomobili və digər vətəndaşa məxsus "İNFİNİTİ" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş vermişdir. Yanğın nəticəsində "İNFİNİTİ" markalı minik avtomobillinin yanar hissələri yanmışdır. Qəza zamanı "QAZEL" markalı yük avtomobilin sürücüsü və sərnişin xəsarət almışlar . Zərərçəkmişlər yanğın bölmələri çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılmışlar. "QAZEL" markalı yük avtomobili yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:28–də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.