Ağstafa şəhərində elektrovozun daxilindən keçən elektrik naqilləri 1 p.m yanmışdır. Elektrovoz yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə endirərək qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 04:00-da başa çatmışdır.
Biləsuvar rayonu, Nəsimi kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 2 tonu və digər vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan talvarın yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Ot bağlamasının və talvarın qalan hissəsi yanğından mühafizə olunmuşdur.Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Tərtər rayonu, Seydinli kəndində vətəndaşa məxsus ümumi sahəsi 234 kv.m olan birmərtəbəli 5 otaqlı evin eyvanının lambirdən ibarət tavanı 10 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Füzuli rayonu, Haramı düzündə 40 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Daşkəsən şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.