Geri

03 mart 2013-cü il saat 04:00-dək:

Şamaxı rayonu, Mədrəsə qəsəbəsində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılmışdır. Nəticədə, sürücü xəsarət almış və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 01:10-da başa çatmışdır. 

Geri

03 mart 2013-cü il saat 00:30-dək:

Siyəzən rayonu, Zarat kəndində (rayon mərkəzindən 21 km aralı) vətəndaşa məxsus “Qazel” markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yolun kənarındakı maneəyə çırpılmışdır. Yanğınla nəticələnən yol qəza hadisəsində avtomobilin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birotaqlı evdə 2 ədəd yataq dəsti yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda N.Nərimanov adına NQÇİ-ə məxsus diametri 800 mm olan magistral qaz xəttində sızma baş vermişdir. Nəticədə  vətəndaşa məxsus "UAZ" markalı yük avtomobili  həmin ərazidən keçərkən alışma  baş vermiş və avtomobilin yanar hissəsi yanmışdır. Ərazidən keçən digər magistral qaz xətləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.