Geri

02 mart 2013-cü il saat 19:40-dək:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi  sahəsi 20000 kv.m olan “ELİT” ticarət mərkəzinin dam örtüyündə 3 kv.m sahədə izolyasiya üzlüyü və dam örtüyündə quraşdırılmış “Bakcell” şirkətinə məxsus antenanın ötürücü kabelinin izolyasiyası 3 p.m yanmışdır. Ticarət mərkəzi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1928-ci il təvəllüdlü Kryukina Nadejda Fyodr qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.  Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən N.Kryukina hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində qadının öldüyü müəyyən olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:33-də başa çatmışdır.