Geri

01 mart 2013-cü il saat 19:55-dək:

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonu ərazisində Karrar dəmiryol stansiyasının yaxınlığında Sumqayıt şəhərindən Rustavi şəhərinə (Gürcüstan) gedən yük qatarının sisternlərindən birində kimyəvi maddənin (sulfat turşusu) sızması qeydə alınmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Görülmüş operativ tədbirlər nəticəsində sızmanın qarşısı alınmışdır. Müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
Geri

01 mart 2013-cü il saat 15:15-dək:

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonu ərazisində Karrar dəmiryol stansiyasının yaxınlığında Sumqayıt şəhərindən Rustavi şəhərinə (Gürcüstan) gedən yük qatarının sisternlərindən birində kimyəvi maddənin (sulfat turşusu) sızması qeydə alınmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hazırda qəzanın nəticələrinin aradan qaldırması istiqamətində müvafiq işlər görülür. Əlavə məlumat veriləcək.
Geri

01 mart 2013-cü il saat 08:50-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlənin yanar konstruksiyaları 35 kv.m sahədə yanmışdır. Yanğın zamanı tövlədən 6 baş xırdabuynuzlu heyvan və 5 ədəd qaz yanğınsöndürənlər tərəfindən xilas olunmuşdur. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Bankə qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli marketin yanar konstruksiyaları və içərisində olan malları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan dülgər emalatxanasının içərisinə yığılmış taxta qırıntıları 5 kv.m sahədə yanmışdır. Emalatxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 mart 2013-cü il saat 03:40-dək:

Qəbələ rayonu, Dizaxlı kəndində (rayon mərkəzindən 31 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 7 kv.m sahədə və içərisinə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda 1972-ci il təvəllüdlü Davud Həsən oğlu Babayevə məxsus ümumi sahəsi 15 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunmuşdur. Yanğın yerinin kəşfiyyatı zamanı  hadisə yerində ev sahibinin cəsədi aşkarlanmışdır. Yanğın saat 23:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.