Geri

01 mart 2013-cü il saat 08:50-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlənin yanar konstruksiyaları 35 kv.m sahədə yanmışdır. Yanğın zamanı tövlədən 6 baş xırdabuynuzlu heyvan və 5 ədəd qaz yanğınsöndürənlər tərəfindən xilas olunmuşdur. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Bankə qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli marketin yanar konstruksiyaları və içərisində olan malları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan dülgər emalatxanasının içərisinə yığılmış taxta qırıntıları 5 kv.m sahədə yanmışdır. Emalatxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 mart 2013-cü il saat 03:40-dək:

Qəbələ rayonu, Dizaxlı kəndində (rayon mərkəzindən 31 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 7 kv.m sahədə və içərisinə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda 1972-ci il təvəllüdlü Davud Həsən oğlu Babayevə məxsus ümumi sahəsi 15 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunmuşdur. Yanğın yerinin kəşfiyyatı zamanı  hadisə yerində ev sahibinin cəsədi aşkarlanmışdır. Yanğın saat 23:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.