Xaçmaz rayonu, Nərəcan kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus hər mərtəbəsi 130 kv.m olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin birinci mərtəbəsində yerləşən qarajın lambirdən ibarət tavanı 34 kv.m sahədə və qarajda olan "UAZ" markalı yük avtomobilinin salonu, arxa oturacaqları yanmışdır. Evin və avtomobilin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Kürdəmir rayonu, Xırdapay kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 208 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının tavanı 6 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Xəzər rayonunda ümumi sahəsi 220 kv.m olan tövlənin dam örtüyü 150 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi və yaxınlıqdakı digər tövlələr yanğından mühafizə olunmuşdur. Yangın zamanı tövlənin içərisində olan ev quşları tələf olmuşdur. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.