Geri

30 dekabr 2013-cü il saat 04:00-dək:

Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 175 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyalaı 45 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Xırdapay kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 4 otaqlı evin bir otağında tüstü baçasının ətrafı 0,5 kv.m sahədə yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 dekabr 2013-cü il saat 01:50-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından keçərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:35-də başa çatmışdır.