Geri

30 dekabr 2013-cü il saat 19:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bərdə şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:47-də başa çatmışdır.

Geri

30 dekabr 2013-cü il saat 17:30-dək:

Tovuz rayonu, Əhmədabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və tövləyə bitişik yığılmış 4 ton ot bağlamasının 3 tonu yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 dekabr 2013-cü il saat 14:45-dək:

Masallı rayonu, Digah kəndində (rayon mərkəzindən 3 km aralı) diametri 77 m.m olan plastik borular 10 p.m və məişət tullantıları 4 kv.m sahədə yanmışdır. Boruların qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonu, Şahağac kəndində (rayon mərkəzindən 18 km aralı) ümumi sahəsi 81 kv.m olan bir neçə ailənin məskunlaşdığı birmərtəbəli tikilinin taxta konstruksiyalardan ibarət dam örtüyü 20 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 dekabr 2013-cü il saat 10:15-dək:

Naftalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 125 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evdə yanğınla nəticələnən partlayış baş vermişdir. Yanğın nəticəsində 3 otağın yanar konstruksiyaları 90 kv.m sahədə yanmışdır. Hadisə zamanı 5 nəfər yanıq xəsarəti almışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 dekabr 2013-cü il saat 03:00-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan taxta sexinin yanar konstruksiyaları və içərisində 4 ədəd dəzgah yanmışdır. Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.