Geri

05 noyabr 2013-cü il saat 08:10-dək:

Qəbələ rayonu, Nohurqışlaq kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Böyük Xocavar kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 80 kv.m olan taxta konstruksiyalardan ibarət dülgər sexinin yanar konstruksiyaları və içərisinə yığılmış taxta materiallar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

05 noyabr 2013-cü il saat 00:40-dək:

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Salyan rayonu Marışlı kəndi ərazisində (Ələt-Astara yolunun 62-ci kilometrliyində) “VOLkSWAGEN” markalı mikroavtobus və “MAZ” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə avtomobillər deformasiyaya uğramış, “VOLkSWAGEN” markalı avtomobilin sürücüsü - 1944-cü il təvəllüdlü Abbasov Hüseyn İmaməli oğlu və sərnişin - Natella Quliyeva vəfat etmişdir. Digər iki sərnişin və yük avtomobilinin sürücüsü isə xəsarət almışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış H.Abbasovun cəsədini çıxarmış, aidiyyəti üzrə təhvil vermiş və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Hadisə şahidlərinin bildirdiklərinə əsasən, N.Quliyevanın cəsədi və yaralılar hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılmışlar. Əməliyyat saat 22:03-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu  Xırdalan şəhərində, mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar.  Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə açmışlar.  Mənzilə baxış keçirilərkən vətəndaş dəhlizdə yıxılmış, huşsuz vəziyyətdə aşkarlanmış və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilmişdir. Əməliyyat saat  23:03-də başa çatmışdır.