Geri

04 noyabr 2013-cü il saat 17:25-dək:

Sumqayıt şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 500 kv.m olan yardımçı tikilinin (əsas divarları daş, damı  taxta atmalar, üst örtüyü şifer) dam örtüyünün yanar konstruksiyaları 150 kv.m sahədə yanmışdır. Yanğın zamanı tikilinin içərisində sayı məlum olmayan (toyuq) ev quşları tüstüdən boğularaq tələf olmuşdur. Yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.