Geri

03 noyabr 2013-cü il saat 18:55-dək:

Astara şəhərində vətəndaşa məxsus ümumi sahəsi 900 kv.m olan avtomobil təmiri sexində təmirə dayanmış, vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilin salonu yanmışdır. Minik avtomobilin qalan hissəsi, 3 ədəd yük avtomobili və sex yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gədəbəy rayonu, Novasaratovka kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmş 4 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan dəmir konstruksiyadan ibarət qarajın içərisində yığılmış köhnə əşyalar və avtomobil hissələri 10 kv.m sahədə yanmışdır. Qaraj yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 1 mərtəbəli 5 otaqlı evin damında tikilmiş sahəsi 25 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:12-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 1 mərtəbəli 2 otaqlı evin dam örtüyü 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 noyabr 2013-cü il saat 16:25-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 2 nəfər azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:50-də başa çatmışdır.

Geri

03 noyabr 2013-cü il saat 15:05-dək:

Göygöl rayonu, Mixaylovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 1 mərtəbəli 2 otaq və eyvandan ibarət fin tipli evin 1 otağın yanar konstruksiyaları 24 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 noyabr 2013-cü il saat 12:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 2 nəfər dağlıq ərazidə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, şəkil çəkdirmək məqsədi ilə dağlıq əraziyə qalxmış şəxslər geri qayıda bilməmişlər. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə vətəndaşları təhlükəsiz əraziyə enmələrinə şərait yaratmışlar. Əməliyyat saat 09:45-də başa çatmışdır.

Geri

03 noyabr 2013-cü il saat 09:15-dək:

Zaqatala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan talvarın altına yığılmış 250 kq ot bağlaması yanmışdır. Talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 noyabr 2013-cü il saat 08:45-dək:

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m. olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin dam örtüyü və mətbəx əşyaları  15 kv.m. sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Qaragüney kəndində vətəndaşa məxsus "Lifan" markalı, minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər Yanğından mühafizə olunmuşdur.  Yanğın saat 06:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

 

Geri

03 noyabr 2013-cü il saat 06:00-dək:

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin dam örtüyü və mətbəx əşyaları  15 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:08-də söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 9-cu mərtəbəyə qaldırmış qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 05:00-da başa çatmışdır.

Geri

03 noyabr 2013-cü il saat 02:30-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşaməxsus "VAZ" markalı minik avtomobili beton dayaqlara çırpılması nəticəsində yanğın baş vermişdir. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanmışdır.  Yaxınlıqdakı  tikililər  yanğından mühafizə  olunmuşdur. Yanğın saat 01:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

03 noyabr 2013-cü il saat 00:15-dək:

Zaqatala rayonu, Mazıx kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılmışdır. Nəticədə avtomobilin mühərrik hissəsi və salonu yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.