Geri

03 noyabr 2013-cü il saat 06:00-dək:

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin dam örtüyü və mətbəx əşyaları  15 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:08-də söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 9-cu mərtəbəyə qaldırmış qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 05:00-da başa çatmışdır.

Geri

03 noyabr 2013-cü il saat 02:30-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşaməxsus "VAZ" markalı minik avtomobili beton dayaqlara çırpılması nəticəsində yanğın baş vermişdir. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanmışdır.  Yaxınlıqdakı  tikililər  yanğından mühafizə  olunmuşdur. Yanğın saat 01:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

03 noyabr 2013-cü il saat 00:15-dək:

Zaqatala rayonu, Mazıx kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılmışdır. Nəticədə avtomobilin mühərrik hissəsi və salonu yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.