Lənkəran rayonu, Siyavar kəndində balıq tutanların qalması üçün nəzərdə tutulmuş ümumi sahəsi 60 kv.m olan taxta konstruksiyadan ibarət tikilinin yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər kişi köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən döşəmədə bir neçə gün əvvəl vəfat etmiş vətəndaşın meyiti aşkarlanmışdır. Meyit xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:05-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs ruhi xəstədir və giriş qapısını içəridən intihar etmək məqsədilə bağlayıb. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:34-də başa çatmışdır.
Bakı şəhəri, Binəqədi rayonunda 25 kv.m sahədə məişət tullantıları və doqquzmərtəbəli inzibati binanın alkopan üzlüyü 30 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Yasamal rayonunda transformatorun daxilində olan yağ və 100 p.m cıxış kabeli yanmışdır. Transformatorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Saatlı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan kürsülü birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları 90 kv.m sahədə yanmışdır. Yanğın zamanı 1 nəfər xəsarət almışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Yevlax rayonu, Xaldan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 4 otaqdan ibarət yeməkxananın tavanı və dam örtüyünün yanar konstruksiyaları 55 kv.m sahədə yanmışdır. Yeməkxananın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Goranboy rayonu, Qarqucaq kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Tovuz rayonu, Aşağı Mülkülü kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamsının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.