Bakı şəhəri, Yasamal rayonunda transformatorun daxilində olan yağ və 100 p.m cıxış kabeli yanmışdır. Transformatorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Saatlı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan kürsülü birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları 90 kv.m sahədə yanmışdır. Yanğın zamanı 1 nəfər xəsarət almışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Yevlax rayonu, Xaldan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 4 otaqdan ibarət yeməkxananın tavanı və dam örtüyünün yanar konstruksiyaları 55 kv.m sahədə yanmışdır. Yeməkxananın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Goranboy rayonu, Qarqucaq kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Tovuz rayonu, Aşağı Mülkülü kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamsının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.