Geri

29 noyabr 2013-cü il saat 02:00-dək:

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Aşağı Mülkülü kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamsının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.