Geri

28 noyabr 2013-cü il saat 01:40-dək:

Ağstafa rayonu, Tatlı kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan talvar və talvarın altına yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Caqar kəndində (rayon mərkəzindən 25 km aralı, dağlıq ərazi) 1,5 ha sahədə kol-kos və xəzəl yanmışdır. Meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:24-də başa çatmışdır;

İmşli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan saunanın buxarxanasında lambirdən ibarət tavanı və divar üzlüyü 6 kv.m sahədə yanmışdır. Saunanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.