Geri

27 noyabr 2013-cü il saat 17:30-dək:

Qaradağ rayonunda vətəndaşa məxsus "Kamaz" markalı yük avtomobilinin qoşqusuna yığılmış mazuta bulaşmış dəmir qırıntıları 11 kv.m sahədə yanmışdır. Yük avtomobili və qoşqu yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki şəhərində ümumi sahəsi 300 kv.m olan 1 mərtəbəli uşaq bağçasının dəhlizinin tavanı 1 kv.m sahədə yanmışdır. Uşaq bağçasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Çeşməli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılımış 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 noyabr 2013-cü il saat 14:50-dək:

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 1 mərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və əşyaları 10 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy  rayonu, Borsunlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 1 mərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 49 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq qurumlarının aidiyyəti bölmələri hadisə yerinə cəlb olunmuş və hazırda istifadəyə yararlı vəziyyətdə olan 1 (bir) ədəd “F-1” markalı əl qumbarası müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilmişdir. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və başqa şübhəli əşya aşkar etməmişlər. Əməliyyat saat 12:30-da başa çatmışdır.

Geri

27 noyabr 2013-cü il saat 08:35-dək:

Samux rayonu, Hacallı kəndində vətəndaşa məxsus "UAZ" markalı, yük avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 noyabr 2013-cü il saat 02:50-dək:

Ağcabədi rayonu, Aran kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus çayxana və digər vətəndaşa məxsus 24 kv.m təsərrüfat malları mağazasının yanar konstruksiyaları (ümumi 120 kv.m) yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.