Samux rayonu, Hacallı kəndində vətəndaşa məxsus "UAZ" markalı, yük avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Ağcabədi rayonu, Aran kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus çayxana və digər vətəndaşa məxsus 24 kv.m təsərrüfat malları mağazasının yanar konstruksiyaları (ümumi 120 kv.m) yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.