Geri

26 noyabr 2013-cü il saat 15:10-dək:

Tovuz rayonu, Qovlar şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

26 noyabr 2013-cü il saat 13:50-dək:

Yevlax rayonu, Yuxari Qarxun kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan tövlənin yanar konstruksiyaları 50 kv.m sahədə və tövlənin içərisinə yığılmış 5 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

26 noyabr 2013-cü il saat 11:50-dək:

Masallı rayonu, Öncəqala kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd divan və döşəmə 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

26 noyabr 2013-cü il saat 08:10-dək:

Şəki rayonu, Sarıca kəndində vətəndaşa məxsus ümumi sahəsi 88 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 12 ton ot bağlaması yanmışdır. Bitişik qonşu tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

26 noyabr 2013-cü il saat 02:30-dək:

Qax rayonu, Qaxinqiloy kəndində (rayon mərkəzindən 5 km aralı) 1930-cu il təvəllüdlü Beroşvili Nikolay Mixayloviçə məxsus ümumi sahəsi 165 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanmışdır. Yanğının kəşfiyyatı zamanı ev sahibi, N.M. Beroşvilinin meyiti aşkar edilmişdir. Bitişik tikililər və qonşu evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.