Geri

20 noyabr 2013-cü il saat 10:30-dək:

Quba şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzildə məişət qazının sızması nəticəsində partlayış baş vermişdir. Nəticədə mənzilin arakəsmə divarları dağılmışdır. Yanğın hadisəsi olmamışdır. Partlayış zamanı bir  nəfər müxtəlif yanıq xəsarətləri ilə vətəndaşlar tərəfindən mərkəzi rayon xəstəxanasına aparılmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

20 noyabr 2013-cü il saat 08:30-dək:

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tərcümə mərkəzinin içərisində avadanlıqlar 20 kv.m sahədə yanmışdır. Tərcümə mərkəzinin qalan hissəsi, bitişik notariat kontoru və mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

20 noyabr 2013-cü il saat 01:00-dək:

Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyadan ibarət birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.  Yanğın saat 23:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.