Geri

19 noyabr 2013-cü il saat 11:30-dək:

Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 125 kv.m olan birmərtəbəli 3 otaqlı, aynabənddən ibarət evin 1 otağın və aynabəndin tavanı 45 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik tikilmiş çörəkbişirmə sexi (ümumi sahəsi 100 kv.m) yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yardımlı rayonu, Avur kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan üçotaqlı köməkçi tikilinin 1 otağının dam örtüyü və içərisinə yığılmış köhnə əşyalar 10 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

19 noyabr 2013-cü il saat 10:15-dək:

Goranboy rayonu, Nizami kəndində vətəndaşa məxsus ümumi sahəsi 117 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı və ev əşyaları 16 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

19 noyabr 2013-cü il saat 08:10-dək:

Zaqatala rayonu,Yuxarı Tala kəndində məxsus tikintisi başa çatmamış obyektin ərazisində ümumi sahəsi 35 kv.m olan taxta və lambir konstruksiyadan ibarət çayxana və içərisindəki əşyalar yanmışdır. Çayxananın içərisində olan 2 ədəd 30 litrlik propan qaz balonu və yaxınlıqdakı tiklilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.