Geri

17 noyabr 2013-cü il saat 23:40-dək:

Bakı şəhəri, Xətai rayonunda avtomobil dayanacağında dayanmış vətəndaşa məxsus "Suzuki" markalı, minik avtomobilinin arxa buferi və arxa təkərləri, digər sürücüyə məxsus "BMW" markalı, minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobillərin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 noyabr 2013-cü il saat 23:25-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədə yerləşən mənzilə pəncərədən daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaşı yatmış vəziyyətdə aşkar ederək baglı qapı arxasından xilas olunmasını təmin etmişlər. Əməliyyat saat 21:59-da başa çatmışdır;

Geri

17 noyabr 2013-cü il saat 20:20-dək:

Sumqayıt şəhərində üçmərtəbəli inzibati binanın 2-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan otaqda 5 kv.m sahədə tənzimləyici qurğular yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 noyabr 2013-cü il saat 19:10-dək:

Qusar rayonu, Gündüzqala kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 72 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi və evə bitişik tikilmiş ümumi sahəsi 340 kv.m olan ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 noyabr 2013-cü il saat 14:00-dək:

Fövqəladə hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1928-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olmuşlar. Mənzildə huşsuz vəziyyətdə aşkarlanmış  qadın xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:04-də başa çatmışdır.

Geri

17 noyabr 2013-cü il saat 13:30-dək:

Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

Geri

17 noyabr 2013-cü il saat 08:00-dək:

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 6 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m, yaxınlıqda olan ümumi sahəsi 5 kv.m olan təsərrüfat inventarları saxlanılan köşkün yanar konstruksiyaları 2 kv.m və binanın həyətində 3 kv.m sahədə məişət tullantıları yanmışdır. Tikilinin qalan hissəsi, içərisində olan transformator və köşkün qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 noyabr 2013-cü il saat 04:00-dək:

Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 5000 kv.m olan "Mürvət" yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış baş vermişdir. Yanğın nəticəsində yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən həcmi 8 ton olan 1 ədəd boş yanacaq çəni və 1 ədəd həcmi 25 ton (Aİ-92 benzin) olan yeraltı çənlər alışmışdır. Partlayış zamanı 1 nəfər yanacaqdoldurma məntəqəsinin işçisi müxtəlif yanıq xəsarətləri ilə yanğın bölmələri çatana kimi Təcili Tibbi Yardım Xidməti tərəfindən Mərkəzi rayon xəstəxanasına aparılmışdır. Ərazidə olan 2 ədəd yeraltı və 1 ədəd yerüstü çənlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.