Geri

16 noyabr 2013-cü il saat 08:50-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Ağaşirinoba kəndi ərazisində “Xan” kanalına “Qaz” markalı minik avtomobili düşmüşdür. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobili kanaldan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. “Qaz” markalı minik avtomobilində insan faktoru aşkar edilməmişdir. Əməliyyat saat 04:39-da başa çatmışdır;

İsmayıllı  rayonunda vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan 1 mərtəbəli 3 otaqlı evin 1 otaq və mətbəxinin dam örtüyü, tavanı 25 kv.m sahədə yanmmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 noyabr 2013-cü il saat 02:10-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxslər giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaşlardan birinin azyaşlı olduğu, digərinin isə xəstə vəziyyətdə olduğu müəyyən olunmuşdur. Xəstə aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:33-də başa çatmışdır.

Geri

16 noyabr 2013-cü il saat 01:10-dək:

İmişli rayonu, Cavadxanlı kəndində (rayon mərkəzindən 9 km aralı), vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 6 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.