Geri

01 Noyabır 2013-cü il saat 22:30-dək:

Bakı şəhəri, Yasamal rayonunda, mənzildə partlayış baş vermiş və köməyə ehtiyac olması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə  yerində  əməliyyat  şəraiti  qiymətləndirilərkən  məlum  olmuşdur ki, çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzilin hamamında qaz sızması nəticəsində partlayış olmuşdur. Partlayış nəticəsində xəsarət alan olmamışdır. Nazirliyin xilasediciləri müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat  20:52-də başa çatmışdır.

Geri

01 noyabr 2013-cü il saat 21:50-dək, ilkin məlumata əsasən:

Zərdab şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan hamamın dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 noyabr 2013-cü il saat 14:10-dək:

İsmayıllı rayonu, Topçu kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə və damına yığılmış 2,5 ton ot bağlamasının 1,8 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

1 Noyabr 2013-cü il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən nəzarətsiz şəkildə, gərgin psixoloji vəziyyətdə aşkarlanmış azyaşlı aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:48-də başa çatmışdır.

Geri

1 Noyabr 2013-cü il saat 08:30-dək:

İsmayıllı rayonu, Sulut kəndində (rayon mərkəzindən 38 km aralı) faliyyət göstərməyən ümumi sahəsi 100 kv.m olan məscidin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 3000 kv.m olan Avtogigiyena Mərkəzinin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə, təmirə dayanmış Mercedes markalı minik avtomobilinin mühərrik hissəsi yanmış, avtogigiyena mərkəzinə bitişik olan Kənd Yarmarkasının ərazisində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan  mağazanın lambirdən ibarət tavanı, kondisioner və kassa aparatı yanmışdır. Hər iki obyektin qalan hissəsi və Kənd Yarmakası yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

1 Noyabr 2013-cü il saat 04:35-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Nərimanov rayonunda döyüş sursatı aşkarlanmışdır. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunmuşdur. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirmişdir. Müəyyən olunmuşdur ki, bu, istifadəyə yararsız olan 1 ədəd F-1 markalı əl qumbarasıdır. Aşkar edilmiş hərbi sursat müvafiq qaydada mütəxəssislər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 03:55-də başa çatmışdır.

Geri

1 Noyabr 2013-cü il saat 02:10-dək:

Bakı şəhəri, Xətai rayonunda 9 mərtəbəli yaşayış binasnın 6-cı mərtəbəsinin pilləkən qəfəsində 8 ədəd elektrik sayğacı yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan avtomobil təmiri sexinin dam örtüyünün yanar komstruksiyaları 5 kv.m sahədə və sexə bitişik yığılmış 16 ədəd istifadəyə yararsız təkər yanmışdır. Sexin qalan hissəsi və içərisində olan avtomobil yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:50-də başa çatmışdır.