Geri

1 Noyabr 2013-cü il saat 04:35-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Nərimanov rayonunda döyüş sursatı aşkarlanmışdır. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunmuşdur. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirmişdir. Müəyyən olunmuşdur ki, bu, istifadəyə yararsız olan 1 ədəd F-1 markalı əl qumbarasıdır. Aşkar edilmiş hərbi sursat müvafiq qaydada mütəxəssislər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 03:55-də başa çatmışdır.

Geri

1 Noyabr 2013-cü il saat 02:10-dək:

Bakı şəhəri, Xətai rayonunda 9 mərtəbəli yaşayış binasnın 6-cı mərtəbəsinin pilləkən qəfəsində 8 ədəd elektrik sayğacı yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan avtomobil təmiri sexinin dam örtüyünün yanar komstruksiyaları 5 kv.m sahədə və sexə bitişik yığılmış 16 ədəd istifadəyə yararsız təkər yanmışdır. Sexin qalan hissəsi və içərisində olan avtomobil yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:50-də başa çatmışdır.