Geri

31 Oktyabr 2013-cü il saat 20:50-dək:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan avtomobil təmiri sexinin içərisində təmirə dayanmış vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Sex və içərisində olan 5 ədəd avtomobil yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus  ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzildə (mənzildə təmir işləri aparılır) yanğınla nəticələnən partlayış baş vermişdir. Yanğın nəticəsində mənzilin dəhlizinin döşəməsi və təmirə aid olan materiallar 8 kv.m sahədə yanmış. Partlayış dalğasının təsirindən mənzilin pəncərələri çərçivədən çıxmışdır. Yanğın zamanı mənzildə olan bir nəfər (usta işləyən) əl nahiyəsindən yanıq xəsarətləri almış və təcili yardım xidməti tərəfindən Yanıq Mərkəzinə aparılmışdır. Yanğın saat 17:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala əsasən partlayışa təmir işləri aparılan zaman  yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Kürdəmir rayonu, Sığırlı kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 20 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdü.

Geri

31 Oktyabr 2013-cü il saat 17:10-dək:

İmişli rayonu, Gövhərli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan 1 mərtəbəli 5 otaqlı evin 1 otağının tavanı 16 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olumuşdur. Yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Düz Cırdaxan kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 48 kv.m olan köməkçi tiklinin dam örtüyünün yanar konstruksiyaları və içərisində əşyalar 34 kv.m sahədə yanmışdır. Tiklinin qalan hissəsi və yaxınlıqdakı tiklilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1970-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş halsız vəziyyətdə aşkarlanmışdır. O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 16:00-da başa çatmışdır.

Geri

31 Oktyabr 2013-cü il saat 08:45-dək:

Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan 2 otaqlı evin eyvanında 1 kv.m sahədə döşəmə yanmışdır. Kəşfiyyat zamanı yanğınsöndürənlər tərəfindən ev sahibinin yanmış meyidi aşkar olunmuşdur. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 Oktyabr 2013-cü il saat 08:30-dək:

Gədəbəy rayonu, Arıqıran kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır. Tövlənin içərisində olan 2  xırdabuynuzlu heyvan və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.