Gədəbəy rayonu, Arıqıran kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır. Tövlənin içərisində olan 2 xırdabuynuzlu heyvan və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.