Geri

30 Oktyabr 2013-cü il saat 18:00-dək:

Cəlilabad rayonu, Bədirli kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan tövlənin dam örtüyü 30 kv.m sahədə  və tövlənin içərisinə yığılmış 5 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan şəhərində vətəndaşa məxsus "VAZ" markalı  minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 Oktyabr 2013-cü il saat 04:00-dək:

Quba rayonu, Kürkün kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və içərisinə yığılmış 600 kiloqram ot bağlamasının 400 kiloqramı yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Xırdapay kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağında ev əşyaları 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonu, Zarat kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus "Shacman" markalı yük avtomobilinin 1 ədəd təkəri yanmışdır. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.