Geri

03 oktyabr 2013-cü il saat 15:30-dək:

Sabirabad rayonu, Cavad kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının dam örtüyü və qamışdan ibarət tavanı 40 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 oktyabr 2013-cü il saat 12:45-dək:

Füzuli rayonu, 1№ Qayıdış qəsəbəsində ümumi sahəsi 9 kv.m olan köməkçi tikilidə  qaz balonunda partlayış baş vermişdir. Partlayış nəticəsində 7 nəfər xəsarət almışdır. Yanğın hadisəsi olmamışdır. Xəsarət alanlar yanğınsöndürənlər hadisə yerinə çatana kimi qohumları tərəfindən  rayon xəstəxanasına aparılmışlar. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

03 oktyabr 2013-cü il saat 12:00-dək, ilkin məlumata əsasən:

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 kv m. olan mənzilin eyvanında divan 2 kv m. sahədə yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 oktyabr 2013-cü il saat 08:15-dək:

Qazax şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 oktyabr 2013-cü il saat 04:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Qaradeyin kəndində Bakı-Qazax yolunun 280-cı kilometrliyində “Shacman” və “DAF” markalı 2 yük avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “Daf” markalı yük avtomobilinin sürücüsü xəsarət almış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 03:25-də başa çatmışdır.

Geri

03 oktyabr 2013-cü il saat 00:50-dək:

Samux şəhərində vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə və içərisinə yığılmış 0,4 ton ot bağlamasının 160 kiloqramı yanmışdır. Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Horadiz qəsəbəsində vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.