Geri

03 oktyabr 2013-cü il saat 04:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Qaradeyin kəndində Bakı-Qazax yolunun 280-cı kilometrliyində “Shacman” və “DAF” markalı 2 yük avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “Daf” markalı yük avtomobilinin sürücüsü xəsarət almış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 03:25-də başa çatmışdır.

Geri

03 oktyabr 2013-cü il saat 00:50-dək:

Samux şəhərində vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə və içərisinə yığılmış 0,4 ton ot bağlamasının 160 kiloqramı yanmışdır. Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Horadiz qəsəbəsində vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.