Geri

28 Oktyabr 2013-cü il saat 05:30-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə Regional Mərkəzindən daxil olmuş məlumata əsasən, Gəncə şəhərində "Ford" markalı mikroavtobus ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, hər iki avtomobilin sürücüsü aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişlər. Xilasedicilər deformasiya uğramış avtomobilərdən sıxılmış vəziyyətdə qalmış meyitləri təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 03:00-da başa çatmışdır.

Geri

28 Oktyabr 2013-cü il saat 03:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “Mercedes” markalı minik avtomobili səkiyə çırpılmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, sürücü 1991-ci təvəllüdlü Elvin Faiq oğlu Qənbərov hadisə yerində vəfat etmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən E.Qəmbərovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:08-də başa çatmışdır.
Geri

28 Oktyabr 2013-cü il saat 01:00-dək:

Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli inzibati binanın zirzəmisində yerləşən ümumi sahəsi 45 kv.m olan saunanın yanar konstruksiyaları 32 kv.m sahədə və liftin dəhlizinin 3 ədəd giriş qapıları yanmışdır. Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilmişdir. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.