Geri

27Oktyabr 2013-cü il saat 16:30-dək:

Ağdaş şəhərində dördmərtəbəli binanın 4-cü mərtəbəsinin girişində quraşdırılmış elektrik sayğacı yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27Oktyabr 2013-cü il saat 09:30-dək:

Göyçay şəhəri sahibi məlum olmayan, hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 90 kv.m olan toxuculuq sexinin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Qarabağlı kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ərazidə hal-hazırda istifadəsiz, ümumi sahəsi 900 kv.m olan fermanın (tavan hissəsi qamışdan ibarət, dam örtüyü şifer) dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Haftoni qəsəbəsində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m 1 mərtəbəli 4 otaqlı kürsülü evin (evin əsas divarları kərpic, tavan və döşəmə hissəsi taxta konstruksiyalardan ibarət) yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan mobil telefonların satışı mağazasının dam örtüyünün yanar kostruksiyaları yanmışdır. Bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonu “HAMM” markalı asvalt yayan avtomobilin mühərriki və salonu yanmışdır. Yaxınlkıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Mican kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 135 kv.m birmərtəbəli 3 otaqlı kürsülü olan evin yanar konstruksiyaları yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Muxdadır qəsəbəsində ümumi sahəsi 1500 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları (taxta atmalardan və şiferdən ibarət) 1400 kv.m sahədə və içərsinə yığılmış 22000 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi və yaxınlıqdakı digər anbarlar yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27Oktyabr 2013-cü il saat 04:35-dək:

Xızı rayonu, Yeni Yaşma kəndində vətəndaşa məxsus "Scania" markalı yük avtomobilinin kabinə hissəsi və banının tentdən ibarət üzlüyü yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus tikintisi başa çatmamış 1 mərtəbəli evin həyətyanı sahəsində ümumi sahəsi 20 kv.m olan vaqon tipli köşkün yanar konstruksiyaları və içərisində olan əşyalar yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.