Geri

26 Oktyabr 2013-cü il saat 20:45-dək:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan geyim mağazasının 1 ədəd elektrik sayğacı və taxta konstruksiyalı divar üzlüyü 2 kv.m sahədə yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Qəbələ Müskürlü kəndində vətəndaşa məxsus ümumi sahəsi 340 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü 170 kv.m sahədə yanmışdır. Evin 1-ci mərtəbəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

26 Oktyabr 2013-cü il saat 09:40-dək:

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan ikiotaqlı mənzil və eyvanının yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Digər mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

26 Oktyabr 2013-cü il saat 08:45-dək:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin yük hissəsi və salonunda arxa oturacaqlar yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Xəzərkənd kəndində (rayon mərkəzindən 35 km aralı, torpaq yol) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan qamışdan ibarət tövlə və yaxınlıqda yığılmış 14 ton ot bağlamasının 7 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar şəhərində ümumi sahəsi 32 kv.m olan köməkçi tikilinin lambirdən ibarət tavanı 20 kv.m sahədə və içərisindəki əşyalar yanmış, ona bitişik tikilmiş ümumi sahəsi 32 kv.m olan ərzaq mağazasının tavanı yüksək temperaturdan ərimişdir. Tikilinin və mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 123 kv.m olan 1 mərtəbəli 3 otaqlı evin mətbəxinin, dəhlizinin lambirdən ibarət tavanı 19 kv.m sahədə və ev əşyaları qismən yanmışıdr. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan gözəllik salonunun içərsində 4 ədəd gəlinlik paltarları yanmışdır. Salon yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi həcmi 30 kub. m olan taxta materialların 2 kub. m-i yanmışdır. Taxta bazarı yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda 9 mərtəbəli yaşayış binasının ümumi sahəsi 300 kv.m olan dam örtüyünün rubiroyitdən ibarət üzlüyü 2 kv.m sahədə yanmışdır. Dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.