Geri

02 oktyabr 2013-cü il saat 00:20-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq  içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:24-də başa çatmışdır.