Geri

18 Oktyabr 2013-cü il saat 17:30-dək:

Şəmkir şəhərində vətəndaşa məxsus  ümumi sahəsi 80 kv m. olan birmərtəbəli 2 otaqlı evə bitişik tikilmiş taxta konstruksiyalardan ibarət köməkçi tikili 8 kv m. sahədə yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

18 Oktyabr 2013-cü il saat 16:55-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda, Dənizkənarı Milli Parkın ərazisində 1nəfər intihar məqsədi ilə özünü dənizə atmışdır. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:40-da başa çatmışdır.

Geri

18 Oktyabr 2013-cü il saat 14:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yuxarı Şirvan kanalının Göyçay rayonu, Potu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunmuş və axtarışlara başlamışlar.
Geri

18 Oktyabr 2013-cü il saat 14:00-dək:

Sabirabad rayonu, Zəngənə kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan, 4 otaq və aynabənddən ibarət birmərtəbəli kürsülü evin mətbəxinin döşməsi 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

18 Oktyabr 2013-cü il saat 12:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1924-cü il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən Topayeva Nadejda Dmitriyevna hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində N.Dmitriyevnanın vəfat etdiyi müəyyən olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:46-da başa çatmışdır.
Geri

18 Oktyabr 2013-cü il saat 11:45-dək:

Ağcabədi rayonu, Rəncbərlər kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m  olan un dəyirmanına bitişik tikilmiş ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Dəyirman Yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

18 Oktyabr 2013-cü il saat 03:40-dək:

Gədəbəy rayonu, Düzyurd kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 51 kv.m olan ikiotaqlı mənzilin dam örtüyünün yanar konstruksiyaları 0,5 kv.m sahədə və damdan keçən elektrik kabeli 0,5 p.m yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:45-də yanğınsöndsürənlər tərəfindən söndürülmüşdür.