Geri

13 Oktyabr 2013-cü il saat 18:50-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:11-də başa çatmışdır.

Geri

13 Oktyabr 2013-cü il saat 15:10-dək:

Gəncə şəhəri, Kəpəz rayonunda 5 mərtəbəli yaşayış binasının ümumi sahəsi 600 kv.m olan çardağının yanar konstruksiyaları 35 kv.m sahədə yanmışdır. Çardağın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həmin mənzilin eyvanına qalxaraq içəri daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkar edilmişdir.Əməliyyat saat 14:49-da başa çatmışdır.

Geri

13 Oktyabr 2013-cü il saat 01:00-dək:

Zərdab rayonu, Aşağı Seyidlər kəndində (rayon mərkəzindən 21 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan qarışıq mallar mağazasının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanmışdır. Yaxınlıqdakı tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.