Geri

12 Oktyabr 2013-cü il saat 11:00-dək:

Siyəzən rayonu,  Beşdam kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan vaqonun içərisində 50 kq ot bağlaması yanmışdır. Yanğın zamanı 10 baş xırdabuynuzlu heyvan tüstüdən boğularaq tələf olmuşdur. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

12 Oktyabr 2013-cü il saat 08:30-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "Temsa" markalı mikroavtobusun yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Boladi kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin yanar konstruksiyaları 50 kv.m sahədə və içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birotaqlı evin dəhlizinə yığılmış ev əşyaları 10 kv.m sahədə və digər vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birotaqlı evin dəhlizinə yığılmış ev əşyaları 30 kv.m sahədə (ümumi 40 kv.m) yanmışdır. Dəhlizə yığılmış ev əşyalarının qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 Oktyabr 2013-cü il saat 05:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda vətəndaş pilləkadan yıxılıb pilləkan marşının qoruyucu dəmir barmaqlıqları arasında ilişərək qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə pilləkən qoruyucusunun hissələrini açaraq zərərcəkmişi hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir.  Əməliyyat saat 00:35-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldıraraq qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 03:36-də başa çatmışdır.