Geri

11 Oktyabr 2013-cü il saat 20:20-dək:

Kürdəmir rayonu, Şıxımlı kəndində (rayon mərkəzindən 26 km aralı) "Azərenerji" ASC-yə məxsus transformatorun yağı və sarğıları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan talvarın altına yığılmış 5 ton ot bağlamasının 1 tonu yanmışdır. Yanğın zamanı bitişik tövlənin içərisindən 7 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas olunmuşdur. Ot bağlamasının qalan hissəsi, talvar və tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 Oktyabr 2013-cü il saat 15:45-dək:

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 62 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə yanmışdır. Yanğın zamanı ev sahibinin övladları 2007-ci il təvəllüdlü Nərgiz Pərviz qızı Bəşirova və 2011-ci il təvəllüdlü Murad Pərviz oğlu Bəşirov yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilmişdir. N.Bəşirova xəstəxanaya aparılan zaman yolda vəfat etmişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Biləsuvar rayonu, Günəşli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin içərisinə yığılmış 12 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Cəlilabad şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına xüsusi alət və avadanlıqlar vasitəsilə qalxaraq içəri daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:21-də başa çatmışdır.

Geri

11 Oktyabr 2013-cü il saat 09:00-dək:

Salyan rayonu, Qaraçala kəndində (rayon mərkəzində 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 26 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur Yanğın saat 06:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 Oktyabr 2013-cü il saat 00:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında 1933-cü il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş halsız vəziyyətdə aşkarlanmışdır. O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 22:36-da başa çatmışdır.