Geri

01 oktyabr 2013-cü il saat 22:20-dək:

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan 3 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş vermişdir. Nəticədə mənzildə 2 ədəd pəncərə çərçivələri yerindən çıxaraq həyətə düşmüşdür. Mənzilin yataq otağında 1 ədəd çarpayı və yataq dəsti yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər şəhərində Tərtər ticarət mərkəzinin ərazisində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan dəmir konstruksiyalardan ibarət məişət mallar mağazasında 3 kv.m sahədə tavan və rəf, bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan dəmir konstruksiyalardan ibarət ərzaq mağazasında 1 kv.m sahədə rəf yanmışdır. Mağazaların qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə, 3 otağın tavanı 76 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 oktyabr 2013-cü il saat 19:10-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlarHadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuş və giriş qapısını açmışlar.  Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:49-da başa çatmışdır;   

Geri

01 oktyabr 2013-cü il saat 17:30-dək:

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 95 kv.m olan 3 otaqlı evin bir otağında 15 kv.m sahədə ev əşyaları yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonunda vətəndaşa məxsus "Byd" markalı minik avtomobilnin, "Toyota" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Nəticədə "Byd" markalı avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri ilə vətəndaşlar tərəfindən yanğın bölmələri çatana kimi Şirvan şəhər mərkəzi xəstəxanasına aparılmışdır. Sürücü müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılmış və təcili yardım xidmətinə təhvil verilmişdir. Əməliyyat saat 14:15-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonu vətəndaşa məxsus hər mərtəbəsi 3500 kv.m (ümumi 10500 kv.m) olan 3 mərtəbəli "Şkoda" avtoservisin 3-cü mərtəbəsində ümumi sahəsi 70 kv.m olan ofisin şüşə-pambıq üzlükdən ibarət tavanı 50 kv.m sahədə yanmışdır. Avtoservisin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. 

Geri

01 oktyabr 2013-cü il saat 13:10-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlarHadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuş və giriş qapısını açmışlar.  Mənzilə baxış keçirilərkən vətəndaş otaqda huşsuz vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat  11:39-da başa çatmışdır.

Geri

01 oktyabr 2013-cü il saat 08:00-dək:

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 150 kv.m olan (tikintisi başa çatmamış) üçmərtəbəli evin 1-ci mərtəbəsində 6 kv.m sahədə taxta materialları yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.