Geri

01 oktyabr 2013-cü il saat 13:10-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlarHadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuş və giriş qapısını açmışlar.  Mənzilə baxış keçirilərkən vətəndaş otaqda huşsuz vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat  11:39-da başa çatmışdır.

Geri

01 oktyabr 2013-cü il saat 08:00-dək:

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 150 kv.m olan (tikintisi başa çatmamış) üçmərtəbəli evin 1-ci mərtəbəsində 6 kv.m sahədə taxta materialları yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.