Mingəçevir şəhərində ümumi sahəsi 1575 kv.m olan ikimərtəbəli inzibati binanın 1-ci mərtəbəsində giriş qapısının üzərində quraşdırılmış elektrik sayğacı və qapı 1 kv.m sahədə yanmışdır. Yanğın saat 04:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Salyan şəhərində ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli, 7 otaqlı inzibati binanın 1-ci mərtəbəsinin 1 otağında 1 kv.m sahədə yataq dəsti yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 26 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində inşaat işləri aparılan ərazidə fəhlə yataqxanası kimi istifadə olunan 4 ədəd konteynerin və sonradan konteynerlərə bitişik tikilmiş tikililərin yanar konstruksiyaları 300 kv.m sahədə yanmışdır. Yanğın nəticəsində 2 nəfər ölmüş, 3 nəfər müxtəlif yanıq xəsarətləri almışdır. Yanğın saat 03:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.