Geri

30 sentyabr 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonu vətəndaşa məxsus  ümumi sahəsi 2000 kv.m olan taxta konstruksiyadan ibarət istixananın yanar konstruksiyaları 400 kv.m sahədə və içərisinə yığılmış 44 ton ot bağlaması yanmışdır. İstixananın qalan hissəsi, yaxınlıqdakı ferma yanğından mühafizə olunmuş və 30 baş iri buynuzlu heyvan  xilas olunmuşdur. Yanğın saat 15:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin  giriş qapısını bayır tərəfdən açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq yanğınsöndürən xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:54-də başa çatmışdır;   

Bakı şəhəri, Sabunçu rayonu vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan bir mərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m və 1 otağınınm yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, İkinci Mahmudlu kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 sentyabr 2012-ci il, saat 01:45-dək ilkin məlumata əsasən:

Füzuli rayonu, Mahmudlu-2 kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli üç otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.