Geri

05 avqust 2012-ci il, saat 09:00-dək

 Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 123 kv.m. olan 3 otaqlı mənzilin eyvanında 2 kv.m. sahədə əşyalar yanmışdır. Yanğın, yanğınbölmələri çatana kimi sakinlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Qaynaq kəndində (rayon  mərkəzindən 14 km aralı), vətəndaşa məxsus həyətyanı  sahəyə yığılmış 8 ton ot bağlamasının 6 tonu yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 09:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Qaroğlan kəndində (rayon mərkəzindən 35 km aralı), vətəndaşa məxsus  ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları və ev əşyaları yanmışdılr. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə endirmış, qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 10:25-də başa çatmışdır;

Göyçay rayonu, Qarabaqqal kəndində (rayon mərkəzindən 25 km aralı), dağlıq ərazidə 3 ha sahədə quru ot yanmışdır. Yanğından yaxınlıqdakı  meşə zolağı mühafizə olunmuşdur. Yanğın saat 11:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Boradigah qəsəbəsində (rayon  mərkəzindən 21 km aralı), vətəndaşa məxsus ümumi sahəsi 66 kv.m olan  köməkçi  tikilinin yanar konstruksiyaları 36 kv.m sahədə və içərisinə yığılmış 6 ton ot bağlamasının 3,5 tonu yanmışdır. Yanğından köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 11:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu , Cəmcəmli kəndi ndə (rayon mərkəzindən 12 km aralı), vətəndaşa məxsus ümumi sahəsi  45 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 20 kv.m sahədə və içərisinə yığılmış 2,5 ton  ot bağlamasının 0,8 tonu yanmışdır. Yanğından köməkçi tikilinin, ot bağlamasının qalan hissəsi və bitişik evlər  mühafizə olunmuşdur. Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Uğurbəyli kəndində (rayon mərkəzindən 13  km aralı), vətəndaşa məxsus ümumi sahəsi  110 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar  konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 14:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1937-ci il təvəllüdlü kişi mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 3-cü mərtəbənin eyvanından enərək daxil olmuşlar. Zərərçəkmişin tibbi yardıma ehtiyacı olmamışdır. Əməliyyat saat 14:39-da başa çatmışdır;

Salyan rayonu, Kürsəngi kəndində, vətəndaşa məxsus hər mərtəbəsi 96 kv.m olan ikimərtəbəli 8 otaqlı fərdi evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları qismən yanmışdır. Yanğından evin  qalan hissəsi  mühafizə olunmuşdur. Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində (“Əli-Bayramlı” sularda xilasetmə məntəqəsindən 15 km sağa nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 15:45-də başa çatmışdır;

Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsi ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 16:00-da başa çatmışdır;

Xızı rayonu, Giləzi qəsəbəsində (rayon mərkəzindən 30 km aralı), vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 2 tonu yanmışdır. Yanğından  ot bağlamasının qalan hissəsi  və yaxınlıqdakı tikililər  mühafizə olunmuşdur. Yanğın saat 16:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə  yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Könüllü kəndində (rayon mərkəzindən 21 km aralı), vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan  köməkçi tikilinin  cardağı 40 kv.m sahədə və çardağına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Yanğından  köməkçi tikili və ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qaradağ rayonunda dənizdə (“Lökbatan” sularda xilasetmə məntəqəsindən 700 m solda nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:50-də başa çatmışdır;

Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsi ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:55-də başa çatmışdır;

Sumqayıt şəhərində dənizdə (“Sumqayıt” sularda xilasetmə məntəqəsi ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:12-də başa çatmışdır;

Xaçmaz rayonunda dənizdə (“Nabran” sularda xilasetmə məntəqəsindən 2000 m solda nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:18-də başa çatmışdır;

Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsindən solda nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 18:18-də başa çatmışdır;

Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsi ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 19:25-də başa çatmışdır;

Xəzər rayonunda dənizdə (“Zuğulba-3” sularda xilasetmə məntəqəsi ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 19:54-də başa çatmışdır;

İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin icərisində 7 kv.m  sahədə  ev əşyaları yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi  sahibi tərəfindən  söndürülmüşdür;

Şabran rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1,3 ton ot bağlamasının 0,3 tonu  yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonunda vətəndaşa məxsus  hər mərtəbəsi 120 kv.m olan ikimərtəbəli 8 otaqlı fərdi evin 2-ci mərtəbəsinin mətbəxində  2 p. m  elektrik  kabeli yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi  qonşular tərəfindən söndürülmüşdür; 

Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində (Qəbələ-Oğuz yolunun 80-cı km-də)vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılmışdır. Nəticədə, sürücü - 1993-cü il təvəllüdlü Orxan Elxan oğlu Allahyarov hadisə yerində ölmüş, sərnişin xəsarət almışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə O.Allahyarovun cəsədini və yaralını deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 01:10-da başa çatmışdır;

Goranboy rayonu, Kələk kəndində, vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan tövlənin qamışdan ibarət dam örtüyü  120 kv.m sahədə və damına yığılmış 12 ton ot bağıamasının 9 tonu yanmışdır. Yanğından tövlənin və ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 05:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Milabad qəsəbəsində (rayon mərkəzindən 15 km aralı), vətəndaşa məxsus pendir sexinin ərazisində  ümumi sahəsi 12 kv.m olan  qazanxananın   damı  2 kv.m sahədə yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi  işçilər  tərəfindən  söndürülmüşdür.