Geri

04 avqust 2012-ci il saat 09:00-dək

Beyləqan şəhərində transformatorun yağı və sarğıları yanmışdır. Yaxınlıqdakı lisey binası yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdam rayonu, Evoğlu kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Qaradağlı kəndində vətəndaşa məxsus “T-28” markalı traktorun qoşqusuna yığılmış 3 ton ot bağlamasının 1,6 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və traktor yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Mollakamallı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Girdəni kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanmışdır. Qonşu evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Nərimanabad qəsəbəsində bələdiyyəyə məxsus ərazidə 8 ha kol-kos sahəsi yanmışdır. Yaxınlıqdakı bələdiyyə binası yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Həsənli kəndində (rayon mərkəzindən 5 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Minbaşı kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şabran rayonunda Bakı-Quba yolunun 130-cu kilometrliyində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, sürücü - 1948-ci il təvəllüdlü Habil Mustafa oğlu Ağakişiyev və 1 nəfər sərnişin - 1976-cı il təvəllüdlü Asəf Habil oğlu Ağakişiyev hadisə yerində ölmüş, 2 nəfər sərnişin xəsarət almışdır. A.Ağakişiyevin cəsədi və yaralılar yanğınsöndürən-xilasedicilər çatana qədər götürülmüş və aidiyyəti üzrə aparılmışdır. Deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış H.Ağakişiyevin cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq qaydada çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:00-da başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Ağdaş rayonu, Yuxarı Ləki kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 3,5 ton ot bağlamasının 1,7 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Qızılağac kəndində (rayon mərkəzdindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 252 kv.m olan ikimərtəbəli dördotaqlı evin dəhlizində lambirindən ibarət tavan 50 kv.m sahədə və ev əşyaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “BMW” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 23:12-də başa çatmışdır;

Ağdam rayonu, Səfərli qəsəbəsində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli üçotaqlı evin 1 otağında tavan 28 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda “VAZ” və “Mercedes” markalı 2 minik avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “VAZ” markalı avtomobilin sürücüsü və 2 nəfər sərnişini xəsarət almışdır. Xilasedicilər çatana kimi sərnişinlər xəstəxanaya aparılmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşdür. Əməliyyat saat 01:34-də başa çatmışdır;

Abşeron rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 60 kv.m olan boya sexinin yanar konstruksiyaları, içərisində olan 5 ton həlledici məhlul və sexin yaxınlığında 20 ədəd 50 litrlik bitum çənləri yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus “Ford” markalı minik avtomobili yol kənarındakı səkiyə çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, sürücü Samir Zöhrab oğlu Həsənov hadisə yerində ölmüş və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə S.Həsənovun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 03:26-da başa çatmışdır;

Bakı şəhəri, Qaradağ və Xəzər rayonlarında, dənizdə (müvafiq olaraq “Qaradağ-1” sularda xilasetmə məntəqəsinin ərazisində və “Sahil-1” sularda xilasetmə məntəqəsindən, təxminən, 800 m məsafədə, nəzarət olunmayan ərazidə) və Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində (nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.