Geri

03 avqust 2012-ci il, saat 16:00-dək ilkin məlumata əsasən

Beyləqan şəhərində təbiət və humanitar fənlər təmayüllü liseyin ərazisində “Azərenerji” ASC-yə məxsus transformatorun yağı və sarğıları yanmışdır. Yaxınlıqdakı lisey binası yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdam rayonu, Evoğlu kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Qaradağlı kəndində vətəndaşa məxsus “T-28” markalı traktorun qoşqusuna yığılmış 3 ton ot bağlamasının 1,6 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və traktor yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Mollakamallı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul şəhərində vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan ərzaq mağazasında lambirdən ibarət vitrin 1 kv.m sahədə yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Qaradağ-1” sularda xilasetmə məntəqəsinin ərazisində) və Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində (nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Qax rayonu, Qorağan kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin salonu yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın vətəndaş tərəfindən söndürülmüşdür.

 

Geri

03 avqust 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda “Mercedes” markalı iki minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur.  Yanğın saat 11:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Ağarəhimli kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Orta Ləki kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 16 ton ot bağlaması yanmışdır. Bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Qaraməryəm kəndində ikimərtəbəli kommunal tipli yaşayış evinin 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan üçotaqlı evin mətbəxində döşəmə və pəncərə çərçivəsi 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Gündüzqala kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 6 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tövlə və ev mühafizə olunmuşdur. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şabran rayonunda Bakı-Xaçmaz yolunun 134-cü kilometrliyində  vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobili aşmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1 nəfər sərnişin yaralanmış və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər yaralını müvafiq qaydada avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:15-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Neftçala rayonu, Pirəbbə kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus evin həyətyanı sahəsində əsasən qamışdan tikilmiş ümumi sahəsi 39 kv.m olan talvarın yanar konstruksiyaları yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın vətəndaşlar tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Mirzəqurbanlı kəndində, təxminən, 1930-cu ildə əsasən taxta və qamışdan tikilmiş birmərtəbəli kommunal tipli yaşayış evində ayrı-ayrı vətəndaşlara məxsus, bir-birinə bitişik ümumi sahəsi 63 kv.m olan ikiotaqlı evin və ümumi sahəsi 62 kv.m olan ikiotaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına yol qəza hadisəsi səbəb olmuşdur;

Masallı rayonu, Kalinovka kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 485 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 95 kv.m sahədə və damına yığılmış 15 ton ot bağlamasının 8 tonu yanmışdır. Köməkçi tikilinin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Oğuz rayonu, Sincan kəndində Oğuz-Qəbələ yolunun 26-cı kilometrliyində “Nissan” markalı minik avtomobili aşmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, sürücü 1983-cü il təvəllüdlü Kəmalə Alik qızı Qasımova yaralanmış, 1 nəfər sərnişin hadisə yerində ölmüş, hər ikisi deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər K.Qasımovanı və sərnişinin cəsədini müvafiq qaydada avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:20-də başa çatmışdır. Sürücü xəstəxanaya aparılarkən yolda ölmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Abşeron rayonu ərazisində dənizdə (“Novxanı” sularda xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:25-də başa çatmışdır;

Xaçmaz rayonu ərazisində dənizdə (“Xəzər” sularda xilasetmə postundan, təxminən, 500 m məsafədə, nəzarət olunmayan ərazidə) 1992-ci il təvəllüdlü Araz Ağabəy oğlu Alimov batmışdır. A.Alimovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:05-də başa çatmışdır;

Biləsuvar rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Alxanlı kəndində bələdiyyəyə məxsus 10 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Cəyirli kəndində (rayon mərkəzindən 53 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan köməkçi otağın döşəməsi 25 kv.m sahədə və içərisinə yığılmış 500 kq ot bağlaması yanmışdır. Köməkçi otağın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Kür çayının Bərdə rayonu ərazisindən keçən hissəsində olan adacıqda (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 70 km məsafədə, nəzarət olunmayan ərazidə) 1 nəfər köməksiz vəziyyəydə qalmışdır. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 22:25-də başa çatmışdır;

Şabran rayonunda (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 18 kv.m olan vaqon tipli yeməkxananın taxta üzlüyü yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

01 avqust 2012-ci il tarixində Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində (nəzarət olunmayan ərazidə) batmış 2002-ci il təvəllüdlü Kamran Tofiq oğlu Əsgərovun axtarışları heç bir nəticə verməmişdir. K.Əsgərovun axtarışları üzrə əməliyyat davam etdirilir.

 

Geri

03 avqust 2012-ci il, saat 00:15-dək ilkin məlumata əsasən

Bakı şəhəri, Xətai rayonunda sahibi məlum olmayan 2 ədəd hər biri "MERCEDES" markalı olan minik  avtomobillərinin  yanar hissəlləri yanmışdır. Yanğından yaxınlıqdakı  evlər  mühafizə olunmuşdur.

Bakı şəhəri, Suraxanı rayonunda "MERCEDES" və "OKA" markalı minik avtomobilləri toqquşmuşdur. Nəticəsində yanğın baş vermişdir. "MERCEDES" markalı avtomobilin yanar hissələri yanmışdır. Yanğından yaxınlıqdakı avtomobillər mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən saat 16:19-da söndürülmüşdür.

Qusar rayonu, Gündüz Qala kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdakı tövlə və ev mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən saat 15:10-da söndürülmüşdür.

Masallı rayonu, Kalinovka kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 485 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 95 kv.m sahədə və damına yığılmış 15 ton ot bağlamasının 8 tonu yanmışdır. Yanğından yardımçı tikilinin və ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən saat 16:40-da söndürülmüşdür.

Biləsuvar rayonu (Zəngilan RDYMH-dən 7 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən saat 18:30-da söndürülmüşdür.

Füzuli rayonu, Yuxarı Alxanlı kəndində ( 68 YMB-dən 15 km aralı) 10 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı otlaq sahələri  mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən saat 18:40-da söndürülmüşdür.

Şəki rayonu, Cəyirli kəndində (rayon mərkəzindən 53 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən saat 19:32-da söndürülmüşdür.

Qobustan rayonu, vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan köməkci otağının döşəməsi 25 kv.m sahədə və icərisinə yığılmış 500 kq. ot bağlaması yanmışdır. Yanğından köməkci otağın qalan hissəsi mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən saat 20:35-də söndürülmüşdür.

Oğuz rayonu, Sincan kəndində "Nissan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşmışdır. Nəticədə avtomobil deformasiyaya uğramış, sürücü Qasımova Kəmalə Alik qızı və kimliyi məlum olmayan bir sərnişin müxtəlif bədən xəsarətləri alaraq sıxılmış vəziyyətdə qalmışlar. Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb edilmiş, avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü və aldıxı bədən xəsarətlərindən hadisə yeridə vəfat etmiş sərnişinin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqt aparılır. Əməliyyat saat 17:20-də başa çatmışdır;