Geri

29 avqust 2012-ci il,saat 09:00-dək

Beyləqan rayonu, Dünyamalılar kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan (dam örtüyü qamışdan ibarət) birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı qonşu ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Cığatay kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 20 ton ot bağlamasının 10 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi və Xəzər rayonlarında dənizdə və Mingəçevir şəhərində su anbarında (müvafiq olaraq “Novxanı” sularda xilasetmə məntəqəsinin ərazisində,  “Sahil-1” sularda xilasetmə məntəqəsindən, təxminən, 700 metr məsafədə, nəzarət olunmayan ərazidə və “Mingəçevir” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus tikinti şirkətinin ərazisində ümumi sahəsi 110 kv.m olan ofisin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Ofisin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:52-də başa çatmışdır;

Xızı rayonu, Dizəvər kəndində (rayon mərkəzindən 35 km aralı) bələdiyyəyə məxsus dağlıq ərazidə 6 ha otlaq sahəsi yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin yanar konstruksiyaları, digər vətəndaşa məxsus ümumi sahəsi 125 kv.m olan birmərtəbəli dördotaqlı evin mətbəxinin pəncərəsi 12 kv.m sahədə və tövləyə bitişik yığılmış məişət tullantıları 150 kv.m sahədə yanmış, 1 baş iribuynuzlu, 2 baş xırdabuynuzlu heyvan tələf olmuşdur. 7 baş iribuynuzlu heyvan xilas edilmiş və evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Aşağı Alxanlı kəndində bələdiyyəyə məxsus ərazidə 25 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Qanaqkənd kəndində (rayon mərkəzindən 70 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda “Mercedes” və “Honda” markalı iki minik avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “Mercedes” markalı avtomobilin sürücüsü yaralanmış və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:30-da başa çatmışdır;

Bakı şəhəri, Qaradağ rayonunda yüksək gərginlikli elektrik xətti vətandaşa məxsus “DONQFENQ” markalı yük avtomobilinin üzərinə düşmüşdür. Nəticədə, avtomobilin qoşqusunun 2 ədəd arxa təkəri, qoşqunun taxtadan ibarət döşəməsi 2 kv.m sahədə və 6 kv.m sahədə tentdən ibarət üst örtüyü yanmış, cərəyan vurması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri almış sürücü xəstəxanaya aparılmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 450 kv.m olan mansarda tipli ikimərtəbəli beşotaqlı evin 1-ci mərtəbəsində yerləşən hamamın yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.