Geri

8 iyul 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv m olan 2 otaqlı mənzildə 1 ədəd yataq dəsti yanmışdır. Yanğın, yanğın bölmələri hadisə yerinə çatana kimi ev sahibi tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Əlibəyli kəndində vətəndaşa məxsus  həyətyanı sahəyə yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdakı talvar və bitişik uşaq bağçası mühafizə olunmuşdur. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1936-cı il təvəllüdlü qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər ikimərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən qadın çarpayıda uzanıqlı vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri vətəndaşı müayinə etmiş və onun xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 12:49-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:11-də başa çatmışdır.

Siyəzən rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus  ümumi sahəsi  120 kv m olan talvarın altına yığılmış 2 ton ot tayasının 1 tonu yanmışdır.Yanğından talvar və ot tayasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 16:05-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzindən daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mehdili kəndi ərazisindən keçən hissəsində “VAZ” markalı minik avtomobilinin düşməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş  Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri avtomobilin və həmin nəqliyyat vasitəsinin sürücüsü 1980 cı il təvəllüdlü Qarayev Rafiq Teyyub oğlunun cəsədinin sudan taparaq çıxarılmasını və aidiyyəti üzrə təhvil verilməsini təmin edilmişlər. Əməliyyat saat 17:30-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş qapılarını açmış və vətəndaşları liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:43-də başa çatmışdır;

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv m olan 3 otaqlı mənzilin 1 otağında divan və yataq dəsti 0,5 kv m sahədə yanmışdır. Yanğından mənzil mühafizə olunmuşdur.Yanğının kəşfiyyatı zamanı ev sahibi 1933-cü il təv. Məmmədova  Bənövşə Bəhram qızının cəsədi aşkar olunmuşdur. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Xalac kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi çəkisi 14 ton ot bağlaması və qonşuda yerləşən həyətyanı sahədə ümumi çəkisi 20 ton ot bağlaması yanmışdır.  Yanğından yaxınlıqdakı tövlələr mühafizə olunmuşdur. Yanğın saat 18:13-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda  6 ha sahədə quru ot yanmışdır.Yanğından ağaclar mühafizə olunmuşdur. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Çinar kəndində (rayon mərkəzindən 18 km aralı) ) vətəndaşa məxsus ümumi sahəsi 35 kv m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır. Yanğından ot bağlamasının qalan hissəsi və yaxınlıqdakə tövlə mühafizə olunmuşdur. Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonunda, vətəndaşa məxsus ümumi sahəsi 46 kv m olan  3 otaqlı evin  mətbəxinin  tavanı 1 kv m sahədə yanmışdır. Yanğın yanğın bölmələri çatana kimi qonşular tərəfindən söndürülmüşdür.Yanğın zamanı qonşu, 1973-cü il təv. Hüseynova Yeganə İslam qızı qol nayihəsindən 2-3A dərəcili yanıq xəsarətləri ilə təcili tibbi yardım tərəfindən Bərdə mərkəzi şəhər xəstəxanasına aparılmışdır;

Beyləqan rayonu, Əlinəzərli kəndində (rayon mərkəzindən 10 km.aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 7 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı əkin sahələri mühafizə olunmuşdur. Yanğın saat 01:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşları liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:47-də başa çatmışdır.

Ağdaş rayonu,Tofiq kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ümumi çəkisi 12 ton ot tayasının 6 tonu yanmışdır. Yanğından ot tayasının qalan hissəsi və yaxınlıqdakı tövlə mühafizə olunmuşdur. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Karrar kəndində (rayon mərkəzindən 18 km aralı) 1967-ci il təv. Əliyev Heydər Dövlət oğluna məxsus "VAZ” markalı  minik avtomobili ilə,1950-ci il təv. Məmmədov Aydın Allahverdi oğluna məxsus  "DAF" markalı yük avtomobilinin  toqquşması nəticəsində yol qəza hadisəsi baş vermişdir. Nəticədə  "VAZ" markalı avtomobilin sahibi H.Əliyev və avtomobildə olan 3 nəfər sərnişindən 2 nəfəri, 1976-cı il təv. Həşimov Kənan Sənan oğlu, 1950-ci il təv. Məmmədov Aydın Allahverdi oğlu  aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmiş, 1990-cı il təv. Kərimov Ayaz Tahir oğlu isə ağır bədən xəsarətləıri ilə təcili tibbi yardım tərəfindən Kürdəmir mərkəzi rayon xəstaxanasına aparılmışdır. "VAZ" markalı avtomobilin sürücüsünün sıxılmış vəziyyətdə qalmış cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə avtomobildən cıxarılaraq aidiyyatı üzrə təhfil verilmişdir. Əməliyyat saat 04:37-də başa çatmışdır;  

Geri

8 iyul 2012-ci il,saat 03:00-dək, ilkin məlumata əsasən

Beyləqan rayonu, Əlinəzərli kəndində (rayon mərkəzindən 10 km.aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 7 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı əkin sahələri mühafizə olunmuşdur. Yanğın saat 01:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşları liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:47-də başa çatmışdır.